Haqqımızda

tele-qulleTELERADİO İB-nin fəaliyyəti

Dünya əhalisininin ayrılmaz həyat parçasına dönüşmüş radio-televiziya yayımı günü-gündən texniki cəhətdən inkişaf etməkdədir. Bu tərəqqi Azərbaycan radio-televiziyasından da yan keçməyib. Belə ki, Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılmışdır. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 26-da ilk radio verilişi efirə çıxmışdır. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. 1956-ci il, fevral ayının 14-də isə efir məkanında ilk televiziya verilişi yayımlanmışdır.
Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyidir (Teleradio İB) ötən dövr ərzində respublika vətəndaşlarını keyfiyyətli yayımla təmin etməklə fəaliyyətini davam etdirir. Teleradio İB-nin xidmət dairəsi bütün ölkəni əhatə edir. Əsas yayım mərkəzi funksiyasını daşıyan Bakı Teleqüllə Kompleksi vasitəsilə peyk rabitəsi, faks, telefon rabitəsi, yerüstü rəqəmli TV yayımı kimi xidmətlər təşkil edilir. Bakı Teleqüllə Kompleksinin xidməti sayəsində xaricdə yaşayan həmvətənlərimiz peyk rabitəsi vasitəsilə ölkəmizdə gedən siyasi, ictimai-sosial və s. prosesləri izləyə bilirlər.

Aşağıda Teleradio İstehsalat Birliyi göstərdiyi digər xidmətlər haqqında məlumatlar təqdim olunub:

-Yerüstü efir rəqəmli televiziya (DVB-T/T2);

-Radio-televiziya proqramlarının peykdən yayımı DVB-S;

-Radio yayımı (FM və orta dalğa);

-Analoq və rəqəmli radio rabitəsi (radio rele xətləri);

-Peyk rabitəsi (səs, data, internet və s.) kanallarının təşkili;

-FM radio və TV vericilərin anten-fider sistemlərinin layihələndirilməsi və istismarı;

-Özəl radio və TV şirkətlərinin və digər radio-rabitə istifadəçilərinin avadanlıqlarına texniki xidməti.

Teleradio İB-nin yerüstü peyk stansiyalаr kompleksi haqqında məlumat:

      Xidmət sahələri:

Peyk, telefon, faks, internet və data rabitəsi radio və televiziyanın DVB-S standartı ilə  yayımı.

      Stansiyalar:

Standart B (9,3 metr) – 1 ədəd

Standart F2  (7,2 metr) – 2 ədəd

Standart E2 (6,5 metr) – 1 ədəd

Standart F1 (3,8-4,9 metr) – 4 ədəd

      Əməkdaşlıq edilən peyklər:

“Azerspace-1” 0; “Sesat” 360; “Hotbird” 130; “Ekspress” 530;

Hazırda, kompleksdən təşkil edilən yerüstü yayım sayəsində vətəndaşlar yeni DVB-T/T2 standartlarını (rəqəmli yayım) dəstəkləyən müvafiq televizorları əldə etməklə və ya sahib olduqları, lakin, adı çəkilən standartı dəstəkləməyən televizorlara da müvafiq qəbuledicilərin alınıb qoşulması ilə heç bir əlavə ödəniş etmədən ən baxımlı kanalları bir paketdə izləyə bilirlər.

Teleradio İstehsalat Birliyi beynəlxalq şirkətlərlə də əməkdaşlıqda maraqlıdır və xarici şirkətlərdən yeni avadanlıqlar (vericilər, “Encoder”-lər, “mux”-lar, modulyatorlar, “up-down converter”-lər və s.) alınıb quraşdırılır. Misal olaraq, “Kvant-Efir”, “Vigintos elektronik”, “Axcera”, “Tandberg”, “Harmonic”, “Harris”, “Rohde-schwarz” kimi elektronika sahəsində kifayət qədər nüfuza malik olan şirkətlərin məhsullarını göstərmək olar.