
“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Teymur Əsgər-zadənin baş direktor müavini vəzifəsinə təyin edildiyini və baş direktor vəzifəsinin müvəqqəti icrasının ona həvalə olunduğunu elan etməkdən məmnunluq duyur.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya və beynəlxalq iqtisadi münasibətlər” fakultəsində bakalavr və magistr təhsili, həmçinin Corc Vaşinqton Universitetinin Biznes Məktəbində “Layihələrin idarə edilməsi” ixtisası üzrə təhsil alıb.
Teymur Əsgər-zadə idarəetmə sahəsində geniş təcrübəyə malik olmaqla yanaşı, şirkətlərin birləşməsi və satın alınması, korporativ yenidənqurma və optimallaşdırma sahələrində də dərin bilik və bacarıqlara sahibdir.
O, yeni təyinadək 15 ildən artıq olan əmək fəaliyyəti dövründə telekommunikasiya sahəsində ölkədə fəaliyyət göstərən bir sıra aparıcı şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
17.01.2025