Rəqəmli radio yayımı (DAB+)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin 2019-cu il 18 fevral tarixli, 023 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 2019-cu il üzrə yerinə yetiriləcək işlərə dair Tədbirlər Planının icrasına uyğun olaraq, “Teleradio” İstehsalat Birliyi tərəfindən Bakı Teleqüllə Kompleksində İtaliyanın İTEL şirkətinin baş stansiya avadanlıqları və İtaliyanın SYES şirkətinin istehsalı olan 1 kVt-lıq rəqəmli radio verici və 1×6 konfiqurasiyalı anten sistemi quraşdırılmaqla, 26.08.2019-cu il tarixindən etibarən, Bakı şəhəri və Abşeron yarımadası ərazisində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramın Avropanın “DAB+” (Digital Audio Broadcasting) standartı ilə rəqəmli test yayımına başlanılıb.

Rəqəmli radionun (DAB+) üstünlükləri:

-Radiotezlik spektrindən daha səmərəli istifadə;

-Radio siqnalın daha inamlı qəbulu;

-Bir tezlik zolağında video, qrafik və tekst kimi informasiyaların ötürülə bilmə      imkanı;

-Qəbuledicinin yerləşdiyi hərəkət edən obyektin (avtomobil, qatar və s.) sürətindən asılı olmayaraq (dopler effektinin olmaması), radio siqnalın əhatə dairəsinin istənilən nöqtəsində inamlı qəbul imkanı (interferensiya hallarının olmaması) və s.