Nazir Sabirabadda vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  4 mart 2016-cı il tarixində saat 12:00-da Sabirabad şəhərində  Sabirabad, Hacıqabul, Saatlı rayonlarında və Şirvan şəhərində  yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Sabirabad rayonunda      02123 55155

Hacıqabul rayonunda      02332 43101

Saatlı rayonunda             02128 52123

Şirvan şəhərində             02121 51515

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

 

www.mincom.gov.az