Ümummilli liderin anadan olmasının 94-cü ildönümü münasibəti ilə rabitə müəssisəsində anım tədbiri keçirilib

Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə anım tədbiri keçirilib. Tədbir iştirakçıları birliyin foyesində qoyulmuş ulu öndərin büstü önünə gül dəstələri düzüblər.

Tədbirdə birliyin baş direktoru Əflatun Şərifov, texniki direktoru Mikayıl Abbasov, baş direktor müavini Məsud Qocayev və birləşmiş həmkarlar ittifaqı komitəsinin sədri Əliverdi Əliyev çıxış ediblər. Çıxışlarda müstəqil Azərbaycanın quruculuğu, respublikanın sonrakı inkişaf yolunda Heydər Əliyevin müstəsna rolu və xidmətləri qeyd olunub. Vurğulanıb ki, ümummilli liderin böyük siyasi təcrübəsi, beynəlxalq nüfuzu və şəxsi keyfiyyətləri Azərbaycanın hazırkı inkişaf mərhələsinə çatmasında əvəzsiz rol oynayıb.
Anım tədbiri çərçivəsində birliyin digər əməkdaşlarının ürək sözləri, ümummilli lider haqda xoş xatirələri dinlənilib.