Texniki Direktor

foto

Abbasov Mikayıl Hümmət oğlu

Radio televiziya yayımı və peyk rabitəsi istehsalat birliyinin texniki direktoru

1970-ci ilin iyunun 13-də Ermənistan SSR-in Krasnoselo rayonunun Cıl kəndində anadan olub.
1987-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasına qəbul olub.
1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Fakültə elmi şuranın qərarı ilə həmin kafedrada mühəndis-tədqiqatçı kimi işə başlamışdır.
1994-cü ilin mart ayından Teleradio İB-də “Peyk rabitəsi” sexində böyük el.mexanik vəzifəsində işə başlamışdır.
1995-ci ildən “Peyk rabitəsi” sexinin rəisi vəzifəsində çalışıb.
1998-ci ildən Peyk və radio-televiziya yayımı müəssisəsinin baş mühəndisi vəzifəsində çalışıb.
1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində çalışıb.
1995-1999-cu illərdə Azərbaycan Texniki Universitetinin aspiranturasında təhsil alıb.
2000-ci ildə “Texnika elmləri namizədi” alimlik dərəcəsi almışdır.
2004-cü ilin may ayının 3-dən Teleradio İB-in baş mühəndisi vəzifəsinə təyin olunmuşdur.
12.04.2006-cı ildə Teleradio İB-nin texniki direktoru vəzifəsinə təyin olunmuş və hazırda bu vəzifədə çalışır.
06.12.07-ci il tarixdə Rabitə Nazirliyinin 207 №-li Əmri ilə Rabitə ustası adı verilmişdir.
01.12.2008-ci il tarixli, 74 saylı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mühəndisi fəxri adı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 dekabr 2017-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Türk, rus, ingilis dillərini bilir.

Ailəlidir, iki övladı var.

 

QƏBUL GÜNLƏRİ

Abbasov Mikayıl Hümmət oğlu
Radio televiziya yayımı və peyk rabitəsi istehsalat birliyinin
texniki direktoru

Bazar ertəsi: 17:00 – 19:00
Cümə günü: 17:00 – 19:00