TELERADİO İB AÇIQ TENDERƏ DƏVƏT EDİR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio Televiziya yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi – TELERADİO İB AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 3 (üç) lot üzrə keçirilir
Lot-1. 10 TV kanallı HD video broadcast enkoderi (1+1 rejim);
Lot-2. 1 dəst DAB+ standartlı 1 kVt-lıq radio verici, ona aid baş stansiya və anten fider sistemi;
Lot-3. 25 ədəd MPEG 2-H264 transkoderi, 20 ədəd HD enkoderi və 5 ədəd İRD peyk qəbuledicisi

Bütün lotlar üzrə avadanlıq və materiallar müqavilə imzalandıqdan sonra 60 bank günü ərzində SIP Bakı, Incoterms 2010 şərtləri ilə, Teleradio İB ünvanına çatdırılmalıdır.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üzrə aşağıdakı məbləğdə (yerli iştirakçılar Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə günündəki məzənnəsi ilə) iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan və ya İngilis dilində tərtib olunmuş əsas şərtlər toplusunu Baкı şəhəri, A.Abbaszadə кüçəsi, 2 ünvanında yerləşən Teleradio İB-nin (Əlaqələndirici şəxs: Zöhrə Əfəndiyeva, telefon : (012) 498 77 80) ünvanından ala bilərlər.

İştirak haqqı:
Lot-1: 100 (yüz) USD
Lot-2.: 100 (yüz) USD
Lot-3. : 150 (yüz əlli) USD

Hesab: AZ21IBAZ40050019441510154201 (AZN)
AZ11IBAZ40150018401510154201 (USD)
VÖEN 9900001881
Bank: ABB-nın Abşeron filialı
Kodu: 805539
VÖEN: 9900037841
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. İştirak haqqının ödənilməsi barədə sənəd;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10. Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17.04.2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29.04.2019-cu il saat 11.00-a qədər Baкı şəhəri, A.Abbaszadə кüçəsi, 2 ünvanında yerləşən Teleradio İB-nə (Ümumi şöbəyə) təqdim etməlidirlər Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 30.04.2019-cu il tariхdə Bakı vaxtı ilə saat 11:00-da Teleradio İB-nin iclas zalında (ünvan: Azərbaycan Respublikası, Baкı şəhəri, A.Abbaszadə кüçəsi, 2) açılacaqdır
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI