Şuşa rayon 9 saylı orta məktəbdə “Bilik günü” qeyd olunub

Binəqədi rayonunun Goradil qəsəbəsindəki “Rabitəçi” sağlamlıq düşərgəsində yerləşən Şuşa rayon 9 saylı orta məktəbdə “Bilik günü” keçirilib.
Yeni tədris ilinin başlanması münasibəti ilə keçirilən tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, nazirliyin Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin, Təhsil Nazirliyinin Şuşa rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak edib.
Məktəbin direktoru Qədim Abdullayev Heydər Əliyev Fondunun təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə məktəbin təmir olunduğunu və zəruri avadanlıqlarla təchiz olunduğunu qeyd edib.
Tədbirdə qaçqın və məcburi köçkünlərə ölkə başçısı tərəfindən böyük diqqət və qayğı göstərildiyi, onların həyat şəraitinin yaxşılaşdırılması üçün səylərin davam etdirildiyi vurğulanıb.
Sonda tədbir iştirakçıları məktəbdə yaradılan təhsil şəraiti ilə tanış olub.