Radio-rele xətt şəbəkəsi

 

Radio-rele xətt şəbəkəsi

Teleradio İB ölkə ərazisində radio-rele xətt şəbəkəsinin yenidən qurulmasını və inkişafını təmin edir. Bu istiqamətdə Teleradio İB tərəfindən görülən işlər illər üzrə aşağıdakılar təqdim edilib:

2003-cü ildə Aztelekom İB-nə Beynəlxalq kanalları ötürən RRX ilə fiber optik xətt arasında keçid sistemi yaradılmışdır;

2007-ci ildə Milli Televiziya və Radio Şurasının qərarına əsasən Respublikanın şimal bölgəsində yaradılan Region TV-nin yayımı üçün Xaçmaz-Quba arası Alcoma tipli RRX quraşdırılmış və Quba R/S-də 1 kVt-lıq Elettronika vericisi qurulub istismara verilmişdir;

2008-ci ildə Bakı RRS-1 stansiyasında istismar olunan KURS-8 RRX avadanlığı anten-fider traktı ilə birlikdə sökülərək Bakı Teleqüllə Kompleksi (BTK) – Fatmayı istiqamətində RRX xəttinin yaradılması məqsədi ilə quraşdırmaq üçün Fatmayı stansiyasına köçürülmüşdür. Nəticədə, BTK-Fatmayı istiqamətində RRX xətti yaradılmışdır;

2010-cu ildə yeni rəqəmli RRX avadanlıqlarının yerləşdirilməsi üçün Ələt RRS-də yeni köşk yaradılmış, Şirvan RTYS-də avadanlıqlar yerləşdirilən texniki otaq təmir edilmiş, BTK-də, Ələt RRS-də və Şirvan RTYS-də rəqəmli RRX avadanlıqlarının bir hissəsi montaj edilmişdir;

2011-ci ildə BTK-Ələt-Şirvan-Biləsuvar-Cəlilabad-Lənkəran-Lerik istiqamətində tutumu 140/34 mb/s-lik “Helios” tipli yeni rəqəmli RRX avadanlıqları quraşdırılaraq istismara verilmişdir. Bu RRX üzərindən DVB-T vericilər üçün proqramların və xidməti rabitənin ötürülməsi həyata keçirilir.
Bakı–Lerik istiqamətində 140 Mbit/s-lik tutumlu rəqəmli RRX şəbəkəsi istismara verilmişdir. Şirvan–Sabirabad–Kürdəmir– Ağsu analoq magistral RRX xəttinin rekonstruksiyası həyata keçirilmişdir.
Bakı – Ələt – Şirvan–Sabirabad–Kürdəmir–Ağsu istiqamətində 150 Mbit/s-lik yeni “NEC” tipli rəqəmli RRX avadanlığına keçid başa çatdırılmışdır.Bu istiqamətdə RRX üzərindən DVB-T vericilər üçün ASİ siqnalların, internetin və xidməti rabitənin ötrülməsi həyata keçirilir;

2012 – ci ildə Lənkaran – Astara istiqamətində analoq KURS-4 avadanlığı 140/34 mb/s-lik “HELİOS” tipli rəqəmli RRX avadanlığı ilə əvəz edilmişdir;

2013-ci ildə Kürdəmir-Göyçay-Mingəçevir-Gəncə-Şəmkir-Poylu istiqamətində istismarda olan analoq KURS-6 RRX avdanlığı rekonstruksiya edilərək, 150 Mbit/s tutumlu “NEC” tipli rəqəmli RRX avadanlığına keçidi başa çatdırılmışdır. Bu istiqamətdə RRX üzərindən DVB-T vericilər üçün ASİ siqnalların, internetin və xidməti rabitənin ötürülməsi həyata keçirilir;

2017-ci ildə BTK – Fatmayı istiqamətində DVB-T vericilər üçün ASİ siqnalların ötürülməsi üçün 1 Qbit/s-lik ArChiTel tipli rəqəmli RRX avadanlığı istismara verilmişdir;

2018
Hazırda, Bakı – Quba radiorele xəttinin rekonstruksiyası işlərinin aparılması üçün Tender keçirilir.

 

Reqemli TV shebekesi-RRX