Mobil “Up-link” stansiya xidməti

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) göstərdiyi digər radio-televiziya yayım xidmət növləri ilə yanaşı, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ərazisindən istənilən canlı tədbirin mobil “Up-link” stansiya vasitəsi ilə SD və HD formatlarda “Azerspace” və digər peyklərə birbaşa ötürülməsi xidmətini də göstərir.

Mobil “Up-link” stansiya 2012-ci ildə Teleradio İB-nin mütəxəssisləri tərəfindən qurularaq istismara verilib. Ötən dövr ərzində paytaxtda və bölgələrdə keçirilmiş bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin çəkilişlərinin müxtəlif peyklərə SD və HD (Full HD / 1 K) formatlarda qaldırılması təmin edilib.

Qeyd olunan xidmət üzrə Teleradio İB tərəfindən sifarişlər qəbul olunur.