Kompleks profilaktika aparılır

Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən bu gün saat 06:00-dan başlanılan kompleks profilaktika işlərinin saat 15:00-da başa çatdırılması nəzərdə tutulub. Bu müddətdə birliyin stansiyaları vasitəsi ilə ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilə davam edəcək. Lakin, Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi və bəzi digər hissələrində Azərbaycan radioproqramının yayımında heç bir fasilə olmayacaq.