IP TV

iptv34

“Teleradio” İB tərəfindən İP TV xidməti təqdim edilir

 

Son illərdə respublikada DVB-S/T/C (Digital Video Broadcasting Satellite/Terrestrial/Cabel) standartlı peyk, rəqəmli yerüstü və rəqəmli kabel televiziya yayımının tətbiqinin, həmçinin, HDTV (High Definition Television) yayımının həyata keçirilməsi, televiziya yayımında inkişafa yol açmışdır. “Teleradio” İB DVB-S, DVB-T və HDTV ilə yanaşı, həm də, televiziya proqramlarını rəqəmli radio-rele xətləri vasitəsilə ötürülməsini həyata keçirir. Yeni texnologiyaların tətbiqi yayım keyfiyyətinin yüksəldilməsi ilə bərabər, proqram sayının artırılmasına da imkan yaradır.

Telekommunikasiya sənayesində Video on Demand (VoD), TVoIPTime Shifted TVNetwork Personal Video RecorderElectronic Program GuideNear Video on Demand və s. bir çox  interaktiv imkanları özündə cəmləşdirən İnternet Protocol Television (İP TV) xidməti, artıq, “Teleradio” İB tərəfindən təqdim edilir. İP TV-nin yuxarıda qeyd olunan xidmətlərindən istifadə edən müştəri, video sorğusu, proqramlara bir neçə dildə baxmaq, eyni zamanda, onları HD görüntülü izləmək və s. imkanlar əldə edir. Digər televiziya yayım vasitələrindən fərqli olaraq, İP TV-də proqram sayına məhdudiyyət yoxdur. Yəni, müştəriyə yüzlərlə kanalı izləmək şansı yaradılır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiya qərarına uyğun olaraq, “Teleradio” İB tərəfindən yeni İP TV xidmətinin təşkili üçün baş stansiya avadanlıqları alınaraq quraşdırılmışdır. Amerikanın “Harmonic” şirkətinin istehsalı olan avadanlıqlarla təchiz edilmiş baş stansiyada proqramların istənilən dövlət müəssisəsinə, internet provayderə və mobil operatora ötürülməsi üçün hər cür texniki imkan mövcuddur. Baş stansiyada peykdən qəbul edilən MPEG 2 formatlı proqramlar İP TV platformasına daxil edilir və yerli, həmçinin, əcnəbi olmaqla, 180-dən çox müxtəlif formatlı (MPEG-4 Layer II, AC-3, Dolby Digital) proqramlar lifli optik xətt vasitəsilə müvafiq ünvanlara ötürülür. “Teleradio” İB digər dövlət və özəl şirkətlərlə də, bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıdır.

Əməkdaşlıq üçün aşağıdakı əlaqə nömrələrinə zəng etmək lazımdır:

 

(+994 12) 498-80-65/66

E-poçt: info@teleradio.az