Gəncə

Gəncə şəhərinin və ətraf ərazilərin əhalisinin nəzərinə!

 

“Teleradio” İstehsalat Birliyi Gəncə şəhərində çoxproqramlı rəqəmli televiziya paketlərinin kommersiya yayımını həyata keçirir. Kommersiya yayımının həyata keçirilməsi nəticəsində, Gəncə şəhərinin və ətraf ərazilərin (Samux , Yevlax, Mingəçevir, Şəmkir, Goranboy, Göygöl r-nu və s.) əhalisi Azərbaycan, Rusiya, Turkiyə və digər ölkələrin kiçiklər və böyüklər üçün nəzərdə tutulmuş 90-dan çox müxtəlif televiziya proqramını izləmək şansı əldə ediblər. İstifadəçi sayının artırılması üçün kommersiya yayımının qiyməti əhalinin sosial durumuna nəzərən uyğunlaşdırılmışdır.
Qeyd edirik ki, kommersiya yayımına qoşulmaq, proqramları efirdən qəbul edə bilmək üçün “Teleradio” İstehsalat Birliyinin Gəncə Radio Televiziya Yayım Filialına müraciət olunmalıdır. Abunə olmaq üçün birdəfəlik 46 azn ödəməklə, qəbuledici avadanlığa və karta və ya televizorda rəqəmli qəbuledici olduğu təqdirdə, 35 AZN ödəməklə CAM modula və karta sahib olmaq kifayətdir. Aylıq abunə haqqı isə 6 AZN təşkil edir. Xidmətə qoşulmaq üçün aşağıdakı əlaqə nömrələrinə zəng etmək lazımdır:

(+994 22) 258-45-64
(+994 22) 205-50-35
(+994 70) 258-45-64
(+994 50) 544-07-97

E-poçt: grtyf@teleradio.az / info@teleradio.az
www.teleradio.az

 

Əhatə Dairəsi təbriz