Daha iki TV proqramı HD formatlı yayıma keçirildi

Bu gündən etibarən, AzTV və Mədəniyyət TV proqramlarının HD (yüksəkdəqiqlikli) formatlı yayımına başlanıldı. Belə ki, Milli Televiziya və Radio Şurasının 30.01.2018-ci il tarixli, 02/3 nömrəli Qərarı ilə Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumrespublika TV proqramlarının (o cümlədən, TRT 1) yayımı üç paketdə, aşağıdakı kimi həyata keçirilir:
37-ci TV kanalında yayımlanan TV proqramlarının adı və paketdəki sıra nömrəsi:
1. AzTV HD;
2. Mədəniyyət TV HD;
3. İdman Azərbaycan TV HD;
4. İctimai TV HD.
48-ci TV kanalında yayımlanan TV proqramlarının adı və paketdəki sıra nömrəsi:
1. AzTV;
2. Mədəniyyət TV;
3. İdman Azərbaycan TV;
4. İctimai TV;
5. Lider TV;
6. Space TV;
7. ATV;
8. Xəzər TV;
9. ARB TV;
10. TRT 1.
31-ci TV kanalında yayımlanan TV proqramlarının adı və paketdəki sıra nöməsi:
1. CBC Sport TV HD;
2. Xəzər TV HD;
3. ARB 24 TV.