Bu gün Ümumdünya Radio Günüdür

Hər il fevral ayının 13-ü BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı olan UNESCO tərəfindən Ümumdünya Radio Günü kimi qeyd edilir. Bu günün bayram elan edilməsinin ideya müəllifi İspaniya Radio Akademiyasının Prezidenti Horhe Alvaresdir. Onun bu ideyasına 2008-ci ilin yanvar ayında UNESCO tərəfindən dəstək verilmişdir. 2011-ci ildə isə İspaniyanın səfiri İon de lya Rivin rəsmi təklifi ilə Ümumdünya Radio Günü qeyd olunmağa başlanmışdır.
Radio vasitədən daha çox istifadəyə təşviq məqsədilə, İspaniya Radio Akademiyası Ümumdünya Radio Günü üzrə Beynəlxalq Komitənin yaradılmasına təkan verir. Bütün bunların fonunda, BMT-nin 14 yanvar 2013-cü il tarixli qərarı ilə hər ilin 13 fevral tarixi Ümumdünya Radio Günü qeyd olunur. Bu tarix, 1946-cı il fevralın 13-də “BMT radiosu”nun ilk dəfə efirə çıxması ilə əlaqədar seçilib.
Azərbaycanda isə hər ilin 6 noyabr tarixi Radio Günü qeyd olunur. Bu tarixin seçilməsi isə Dövlət Radiosunun 6 noyabr 1926-cı ildə efirə çıxması ilə bağlıdır. İlk vaxtda radio proqram cəmi 1 verici vasitəsi ilə yayıma başlamış və yalnız, Bakının mərkəzi ərazisini əhatə edirdi. Ötən dövr ərzində Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi tərəfindən bütün yaşayış məntəqələrində yeni radio vericilər quraşdırılmışdır. Nəticədə, Azərbaycan radio proqramı Azərbaycanda əhali yaşayan ərazilərin 99,9 faizini əhatə edir.