BİLDİRİŞ

Teleradio İB-nin MRTY Filialının Fatmayı (1-ci lot) və Xaltan (Quba rayonu) (2-ci lot) stansiyalarını qidalandıran elektrik veriliş xətlərinin təmiri və daxili enerji təsərrüfatının rekonstruksiyası işləri üzrə açıq tenderdə iddiaçıların sayında yetərsay olmadığından Tender komissiyasının 21 iyun 2018-ci il tarixli qərarına əsasən tenderin vaxtı 7 gün uzadılır. Belə ki, İddiaçılar Qeydiyyat üçün sənədləri 17 iyul 2018-ci il tarixədək, Tender təklifini və Tender təklifinin təminatını (1 nüsхə əsli, 2 nüsхə surəti оlmaqla) müvafiq qaydada möhürlənmiş zərflərdə 27.07.2018-ci il saat 1700-a qədər, Baкı şəhəri, A.Abbaszadə кüçəsi, 2 ünvanında yerləşən Teleradio İB-nə (Ümumi şöbəyə) təqdim etməlidirlər.
Tender proseduru 30.07.2018-ci il tariхdə Bakı (Azərbaycan) vaxtı ilə saat 1100-da Teleradio İB-nin iclas zalında (ünvan: Azərbaycan Respublikası, Baкı şəhəri, A.Abbaszadə кüçəsi, 2) başlayacaqdır.
Bildiririk ki, ilkin olaraq 1-ci lot üzrə 600 AZN təyin edilmiş tenderdə iştirak haqqı 200 AZN-ə, 2-ci lot üzrə 110 AZN təyin edilmiş tenderdə iştirak haqqı 50 AZN-ə endirilir.
Tender Komissiyası