Baş Direktor

BashDirektor

Şərifov Əflatun Mustafa oğlu

Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin Baş direktoru

1956-cı ildə Bakı şəhərində anadan olub.
1973-1975-ci illərdə Xarkov Ali Hərbi Aviasiya Təyyarəçilər peşə məktəbində oxuyub.
1975-ci ilin noyabr ayından ehtiyata keçirilib.
1984-1988-ci illərdə Azərbaycan Politexnik institutunda oxumuşdur.
1976-1978-cı illərdə Zaqafqaziya xüsusiləşdirilmiş İstehsalat idarəsində EHM üzrə texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
1978-1982-ci illərdə Ukrayna, Poltava vilayəti, Lubni şəhəri, “Sçetmaş” zavodunda radiosistemlər üzrə sazlayıcı, 1982-1992-ci illərdə Bakı xüsusiləşdirilmiş ərazi idarəsində böyük mühəndis, aparıcı mühəndis, 1992-1996-ci illərdə AR Silahlı Qüvvələri, 843 N h/h-nin radioelektron qurğuları qrupunda zabit, 1996-1997 Bakı Ali Hərbi Dənizçilik Məktəbi, elektrotexnika kafedrasında baş zabit, 1997-1998- ci illərdə Teleradio İB-nin Peyk rabitəsi İstehsalat Laboratoriyasında 11-ci dərəcəli mühəndis,
1998-1999 Peyk və radioteleviziya yayım müəssisəsinin İstehsalat laboratoriyasında mühəndis, rəis, 1999-2005 – Bakı “Teleqüllə” müəssisəsində 8-ci dər. elektromexanik, 11-ci dər. mühəndis, baş mühəndis.

2005-2007-ci illərdə Teleradio İB-nin Direktor müavini vəzifəsində çalışmışdır.
2007-ci ildən Teleradio İB-nin Baş direktorudur.
Rus və türk dillərini bilir.
Ailəlidir. İki övladı var.

 

QƏBUL GÜNLƏRİ

Şərifov Əflatun Mustafa oğlu
Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin
Baş direktoru

Bazar ertəsi: 16:00 – 18:00
Cümə günü: 17:00 – 19:00